PETKİM-də aparılan yoxlamaların SOCAR-la əlaqəsi yoxdur – Türkiyənin enerji naziri
Türkiyədə bir sıra şirkətlərdə, o cümlədən, PETKİM-də dövlət orqanları tərəfindən aparılan bəzi tədbirlərin SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşündə deyib. Bu görüş Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısından sonra baş tutub.
Nazir SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin gedişi ilə də maraqlanıb.
Albayrak deyib ki, SOCAR-ın investisiya layihələri qrafikə uyğun şəkildə icra olunur. Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmayıb. –12D--
-
- İqtisadiyyat
- 6 Avqust 2016 11:00
-
- İqtisadiyyat
- 6 Avqust 2016 11:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz