«Petkim» kompleksinin bazar qiyməti $2,2 mlrd-dır
“Petkim” neft-kimya kompleksinin bazar qiyməti hazırda $2,2 mlrd-dır, deyə “Petkim”in İdarə Heyətinin sədri Vaqif Əliyevin kompleksin saytında yerləşdirilən müraciətində bildirilir.
Onun sözlərinə görə, “Petkim” Türkiyənin birjada kotirovka olunan ilk şirkətlərindən biridir.
“Petkim” 60-dək məhsul buraxır, onları 50-dən çox ölkəyə ixrac edir. Kompleksin məhsullarından Türkiyədə 6 min kiçik və orta müəssisə istifadə edir. “Petkim”də 150 min nəfərə birbaşa və ya bilavasitə işləyir”, - deyə müraciətdə bildirilir.
“Şirkət Türkiyənin rifahı üçün fəaliyyətini davam etdirəcək və hökumətlə əməkdaşlığa hazırdır”, - deyə müraciətdə bildirilir.
Kompleksin kapitalında səhmdarların pay bölgüsü belədir: SOCAR Turkey Petrokimya A.Ş. – 51%, SOCAR Turkey Enerji A.Ş. - 5,3216%, 43,6784% birjada sərbəst dövriyyədədir. –0--
-
- Söz istəyirəm
- 5 Avqust 2016 18:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz