İllik hesablamada inflyasiya 1,2% təşkil edib
Azərbaycanda istehlak qiymətlərinin indeksi 1,2% təşkil edib. Rəsmi hesablamalara görə, inflyasiya əsasən pullu xidmətlərin qiymətlərinin 3,4% artmasının hesabına yaranıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-mart aylarında ərzaq malları üzrə inflyasiya illik hesablamada cəmi 0,2% təşkil edib, qeyri-ərzaq malları isə 0,4% bahalaşıb.
Əhalinin gəlirlərinin artımı inflyasiyanın səviyyəsini 3,3% üstələyib. Əhalinin adambaşına gəlirləri orta hesabla 836,4 manat təşkil edib. Bunun 70%-i yekun istehlaka, 17,9%-i kapitalın artırılmasına və əmanətlərə sərf olunub. Qalan 9,4% vergilərin və digər məcburi ödənişlərin ödənilməsinə xərclənib.
08D
-
- İqtisadiyyat
- 16 Aprel 2013 14:00
-
- İqtisadiyyat
- 16 Aprel 2013 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz