İllik hesablamada rəsmi inflyasiya 1,5%-dir
Azərbaycanda yanvardan noyabr ayına qədər illik hesablamada istehlak qiymətlərinin orta artımı 1,5% təşkil edib.
Gürcüstanda bu göstərici 2,8%-di, Ermənistanda isə 4% inflyasiya göslənilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 11 ayı ərzində 2013-cü ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsulları 1,1%, qeyri-ərzaq məhsulları 3,5%, əhaliyə xidmətlər isə 0,4% bahalaşıb.
Bakıda Dövlət Statistika Komitəsi istehlak qiymətlərinin 1,6% artdığını qeydə alıb. Ölkə əhalisinin üçdə bir hissəsinin yaşadığı paytaxtda ərzağın qiymətləri yanvar-noyabr aylarında 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,7% artıb.
Bu zaman Bakıda xidmətlərin tarif və qiymətləri 0,1% ucuzlaşıb.
Naxçıvan Muxtar Respublikasında istehlakçılar üçün yaşamaq daha şəndir: bu ilin 11 ayı ərzində muxtar respublikada mal və xidmətləri ötən ilin eyni dövründən 0,9% ucuz olub. 08B
-
- Siyasət
- 5 Dekabr 2014 15:10
-
- İqtisadiyyat
- 5 Dekabr 2014 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz