İnflyasiya 12,1% olub
Bu ilin 11 ayında Azərbaycanda illik hesablamada inflyasiya 12,1% olub. O cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb.
Dövlətstatkomun məlumatına görə, noyabrda istehlak qiymətləri orta hesabla 1,7% artıb. O cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalanıb.
Noyabrda oktyabrla müqayisədə düyü, un, qarabaşaq yarması, peçenye, makaron məmulatları, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurta, yağlar, içkilər və s bahalanıb. DSK bir sıra meyvə və tərəvəzlərin (banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti və soğan) qiymətlərində ucuzlaşma müşahidə edib. 08D
-
- İqtisadiyyat
- 14 Dekabr 2016 12:00
-
- Cəmiyyət
- 14 Dekabr 2016 12:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz