İnflyasiya 14% olub
Bakı/14.09.17/Turan: 2017-ci ilin yanvar-avqust aylarında illik hesablamada istehlak qiymətləri 14% artıb, Dövlət Statistika Komitəsi məlumat verib.
İl ərzində ərzaq malları 18,2%, qeyri-ərzaq malları 12,6%, əhaliyə pullu xidmətlər 9,6% bahalaşıb.
Ekspertlər ikirəqəmli inflyasiyanı bir çox obyektiv və subyektiv səbəblərlə izah edirlər. Bu, avronun məzənnəsinin artması, benzinin, elektrik enerjisi və təbii qazın qiymətlərinin bahalaşması, otlaq sahələrinin azalması və s. ilə bağlıdır.
Əvvəlki illərdən fərqli olaraq, Azərbaycan əhalisi mövsümi deflyasiyadan yararlana bilməyib. İyul və avqust aylarında istehlak qiymətləri müvafiq olaraq 0,1% və 0,2% artıb. Ərzaq malları 0,3%, qeyri-ərzaq malları 0,1%, əhaliyə pullu xidmət 0,2% bahalaşıb.
Ötən il Azərbaycanda rəsmi inflyasiya 12,4%, 2015-ci ildə 4% olub. --08B--
-
- İqtisadiyyat
- 14 Sentyabr 2017 12:01
-
- Siyasət
- 14 Sentyabr 2017 12:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz