İnflyasiya 3,7%-dir
Noyabrda Azərbaycanda inflyasiya 0,4% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Ərzaq malları oktyabr ayı ilə müqayisədə 0,9% bahalaşıb. DSK-nın müşahidələrinə görə, ərzaq mallarının və xidmətin qiyməti noyabrda orta hesabla stabil olub.
Noyabrda düyü, un, toyuq əti, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, üzüm, xiyar, pomidor, badımcan, bibər, lobyan, kartof, soğan, sarımsağın qiymətlərində bahalaşma, qarabaşaq yarması, mal və qoyun əti, limon, portağal, naringi, alma, heyva, banan, xurma, kələm, göyərti, balqabaq, çuğundur, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
DSK-nın hesablamalarına görə, 11 ayda Azərbaycanda istehlak qiymətləri illik hesablamada 3,7% olub. O cümlədən ərzaq malları 5,9%, qeyri-ərzaq malları 3,1%, xidmətlər 1% bahalaşıb.
Bir çox ekspertlər bildirirlər ki, milli valyutanın ikinci dəfə devalvasiyası gözlənilir ki bu da yeni inflyasiyaya səbəb olacaq. 08D
-
- Cəmiyyət
- 14 Dekabr 2015 12:19
-
- İqtisadiyyat
- 14 Dekabr 2015 13:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz