İnflyasiya son 30 ayda ən yüksək həddə çatıb
Bu ilin 7 ayında inflyasiya illik hesablamada 3,7% olub. Bu, son 30 ayda ən yüksək istehlak qiymətləri artımıdır.
Dövlətstatkoma görə, ilin əvvəlindən ərzaq 2014-cü ilin yanvar-mayı ilə müqayisədə 5,8% artıb. Qeyri-ərzaq malları 2,9%, xidmətlər 1,2% bahalanıb.
Azərbaycanda mal və xidmət qiymətləri 21 fevral devalvasiyasından sonra kəskin artıb. Bir gün manat alıcılıq qabiliyyətini 34% itirib. Eyni zamanda, hökumət devalvasiya nəticəsində yaranan itkilərini azaltmaq üçün qiymətləri qaldırmaq istəyən şirkətlərə qarşı inzibati tədbirlər görüb.
Azərbaycanda bu il 2-3% rəsmi inflyasiya proqnozlaşdırılıb və ilin əvvəlində elan edilən proqnoza yenidən baxılmayıb.
Beynəlxalq maliyyə institutları istehlak bazarında vəziyyəti obyektiv qiymətləndirir və 8-10% inflyasiya proqnozlaşdırır.
2013-2014-cü illərdə Azərbaycanda inflyasiya 2,4% və 1,4% olub. 08B
-
- Cəmiyyət
- 8 Avqust 2015 15:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz