İnşaat materiallari bazarinda passivlik davam edir
İnşaat materialları bazarında aparılmış monitorinqin nəticələrinə görə yanvar ayında passivlik dahada artıb. Son bir ayda bazarda qiymətlər ötən aya nisbətən 0,3% azalıb. Ucuzlaşan inşaat materiallarına əsasən parket-1,4%, şıfer-1,2%, dəmir borular-1,8%, kafel-matlax-1,5%, izolyasiya malları-0,8%, boyaların qiyməti- 2% aid etmək olar. Ötən ilin müvafiq dövrü ilə müqaisədə isə qiymətlər-1,5% daha bahadır. Ay ərzində yerli istehsalın bazardakı payı-50% dən bir qədər çox olmuşdur.
İnşaat materialları bazarında çalışan satıcılar son günlərdəki. passivliyi əsasən mövsümi amillərlə izah edirlər. Qış aylarında və xüsusilədə ilin I rübündə nisbi passivliyin müşahidə edilməsi qanunauyğun hal kimi qiymətləndirilir. Ekspertlər mövsümlə yanaşı inşaat materialları bazarında mövcud olan inhiarçılıq, süni qiymətləndirmə və eləcədə tikinti sahəsindəki passivliyi bazardakı dinamikaya və qiymətləndirməyə təsir göstərən əsas səbəblər kimi göstərirlər.
Yaxın günlərdə bazardakı sabitliyin davam edəcəyi və qiymətlərdə ciddi dəyişikliyin müşahidə edilməyəcəyi proqnozlaşdırılır.
-
- Analitika
- 14 Fevral 2013 00:03
-
- Bazarların icmalı
- 14 Fevral 2013 11:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz