İpoteka kreditləşməsi 1,36 faiz bəndi ucuzlaşıb
Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 2013-cü ilin 9 ayında ümumi məbləği 82 mln manat olan ipoteka kreditləri veriblər. Bu, ötən ilin eyni dövründəkindən 35,8 mln manat və ya 78% çoxdur.
Mərkəzi Bankın məlumatına əsasən, ilin əvvəlindən orta kredit dərəcəsi 1,36 faiz bəndi ucuzlaşıb, sentyabrda 0,10 faiz bəndi artaraq 5,64% olub. Orta kredit müddəti 288 ay təşkil edib.
Aylıq ödəniş üzrə orta göstərici 7,2% azalaraq 294,4 manat, verilən kredit üzrə analoji göstərici 14,2% artaraq 44,208 min manat olub.
Hazırda AİF-in agentləri 28 bankdır. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir. --15В--
-
- Cəmiyyət
- 12 Noyabr 2013 15:37
-
- İqtisadiyyat
- 12 Noyabr 2013 16:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz