İpoteka kreditləşməsi azalıb
Azərbaycan İpoteka Fondu (AİF) yanvar-avqustda 73,2 mln manat (mənfi 7,5%) ipoteka krediti verib.
AMB-nin məlumatına görə, avqustda Fondun müvəkkil bankları 6,5 mln manat (orta hesabla 200 mənzil, - Turan) kredit verib. Təkrarmaliyyələşmə 78,5 mln manat təşkil edib.
8 ayda AİF-in 40 mln manatlıq istiqrazları yerləşdirilib. Bu dövrdə Fond büdcədən sosial ipoteka üçün 20 mln manat alıb. İpoteka kreditləşməsinin piki apreldə olub –14,6 mln manat.
İlk dəfə mərkəzləşdirilmiş ipoteka kreditləşməsinə 2006-cı ilin martında başlanılıb. Təkrar maliyyələşmə üçün vəsait olmadığına görə 2007-ci ildə o dondurulub. İki il sonra kreditləşmə bərpa edilib. Bərpadan sonra dövlət təkcə sosial ipotekaya yardım edir. Kommersiya ipotekası AİF istiqrazlarının buraxılışı hesabına maliyyələşir. AİF-in agentləri 28 bankdır. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.
Azərbaycan İpoteka Fondu 2013-cü ildə 112,9 mln manat kredit verib. Hər il sosial ipotekaya 40 mln büdcə vəsaiti ayrılır. --17D—
-
- Cəmiyyət
- 10 Oktyabr 2014 12:05
-
- İqtisadiyyat
- 10 Oktyabr 2014 12:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz