İqtisadiyyat Nazirliyi Çinlə əmətəə dövriyyəsinin artırılma potensialı olduğunu düşünür
İqtisadiyyat naziri Şahin Mustafayev Çinin "CNPC" şirkətinin İdarə Heyətinin üzvü Vanq Şihonq başda olmaqla ölkəmizdə səfərdə olan Çin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.
Nazirin sözlərinə görə, bu ilin 9 ayında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 56% artıb. Gömrük Komitəsinin məlumatı (yanvar-sentyabrda $641,39 mln, bunun $495,58 mln-ı idxaldır) da bunu təsdiq edir.
Mustafayev bəyan edib ki, energetika, nəqliyyat, tranzit yükdaşımaları, investisiya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.
CNPC şirkəti SOCAR-la Azərbaycanda kimya və neft emalı kompleksi yaradılması üzrə də saziş imzalayıb.
Xatırladaq ki, Çin Azərbaycana idxalda üçüncü, ümumi əmtəə dövriyyəsində beşincidir. --17D—
-
- İqtisadiyyat
- 11 Noyabr 2016 14:33
-
- İqtisadiyyat
- 11 Noyabr 2016 15:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz