İqtisadiyyatda çalışanların sayı 2,8 min nəfər azalıb
Bakı/14.09.17/Turan: Avqustun 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında çalışan işçilərin sayı 1 mln. 524,9 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ilin əvvəlinə olan göstəricidən 11 min nəfər çoxdur, əvvəlki ayın göstəricisindən isə azdır.
Ay ərzində iqtisadiyyatda çalışanların sayı 2,8 min nəfər azalıb ki, bu da əsasən dövlət sektorunda baş verib. Bu il avqustun 1-i üçün dövlət sektorunda 879 min nəfər çalışıb ki, bu da iyulun əvvəlinə olduğundan azdır.
Rəsmi məlumata görə, Azərbaycanda işsizliyin sayı 5% təşkil edir. Müstəqil ekspertlər bu göstərici ilə razı deyil və qeyd edirlər ki, kənd sakinlərinin əksəriyyəti də işsizlər kateqoriyasına aid edilməlidir, çünki daimi gəlir mənbələri yoxdur.
Hökumət isə əhalinin bu kateqoriyasını məşğul əhaliyə ad edir və bunu onunla əsaslandırır ki, həmin şəxslərin öz kənd təsərrüfatı torpaqları var. --08B--
-
- Enerji
- 14 Sentyabr 2017 11:31
-
- İqtisadiyyat
- 14 Sentyabr 2017 12:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz