İran qazı Gürcüstana tədarük edilə bilərmi?
İranın Gürcüstandakı səfiri Abbas Talebi Fari ötən həftə deyib ki, İran qazının Gürcüstana nəqli üçün texniki imkan var. Bu barədə Georgia-Online portal məlumat yayıb.
"Əlbəttə, məsələ texniki həllini tapmalıdır. Ekspert və mütəxəssislər bunun üzərində işləməlidir. İndi belə imkan var. Ermənistan marşrutu və ya Azərbaycan infrastrukturundan istifadə edə bilərik. Üçüncü bir variant isə svop prinsipidir. Bu halda İran, Gürcüstan, "Qazprom" və Ermənistan əməkdaşlıq etməlidir", - deyə o bildirib və sonuncunun real olduğunu qeyd edib.
Turan Agentliyi hesab edir ki, bu variantların heç biri iqtisadi cəhətdən reantabelli ola bilməz. Ən real variant İranla Gürcüstan arasında elektrik enerjisi alqı-satqısıdır. İran heç bir problem olmadan Ermənistanın İES-lərində istehsal edilən elektrik enerjisi tədarük edə bilər. İran 1 m3 qaza görə Ermənistandan 3 kVt/saat elektrik enerjisi alır. İran Ermənistana qaz tədarükünü artırıb əldə etdiyi normadan artıq elektrik enerjisini Gürcüstana yönəldə bilər.
* Gürcüstanın bu il 250-300 mln kubmetr əlavə qaza ehtiyacı var.–12В--
-
- İqtisadiyyat
- 16 Fevral 2016 01:21
-
- İqtisadiyyat
- 16 Fevral 2016 01:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz