ISB Green Card çərçivəsində təkrarsığorta şirkətini müəyyən edib
İcbari Sığorta Bürosunun Green Card çərçivəsində əməkdaşlıq edəcəyi şirkət Britaniyanın «GuyCarpenter» şirkətidir, - deyə VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı qurumun icraçı direktoru Elxan Quliyev bildirib.
Üzvlük şərtlərinə əsasən, 1 yanvar 2016-cı ildən Green Card Şurasına 5 mln avro bank zəmanəti və təkrarsığorta proqramı təqdim edilməlidir. Hökumət bu şərtləri 2015-ci ilin oktyabrına kimi həyata keçirəcək», - deyə Elxan Quliyev bildirib.
Azərbaycanın “Yaşıl kart” sisteminə qoşulması haqqında qərar Polşada Büro Şurasının Baş Assambleyasının sonuncu iclasında qəbul edilib.
Hələlik Green Card sisteminə 47 ölkə daxildir. ISB üzvü olan sığorta şirkətlərinin Green Card sistemində fəaliyyət üçün bir dəfəlik depozit həcmi 10 min manatdır. O, 1 yanvar 2016-cı ildən qüvvəyə minəcək. --17D—
-
- İqtisadiyyat
- 2 İyul 2015 15:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz