İşləməyən müəssisə üçün dövlət investordan 180 min manat tələb edir
Əmlak Məsələləri Dövlət Komitəsi 2000-ci illərin sonunda Salyan Elektrik Qaynaq Avadanlıqları zavodunun bazasında yaradılan “Salyan Elektrik Qaynaq Avadanlıqları” ASC-nin səhmlərinin 99,83%-i investisiya müsabiqəsinə çıxarıb.
Ümumi nominal qiyməti 765,3 min manat olan səhmlər üçün investordan investisiya proqramı ilə yanaşı dövlət büdcəsinə 180 min manat köçürmək barədə təklif tələb edilir. İnvestor müəssisənin profilini dəyişə bilər.
Müəssisə 1988-ci ildə istismara verilib. Özəlləşməyə açılandan sonra fəaliyyətini dayandırıb. Orda 4 işçi çalışır.
Özəlləşmə haqda qanuna zidd olaraq, ƏMDK müsabiqə elanında torpaq sahəsi, qurğular barədə “Mulkiyyət” qəzetində və ya informasiya resursunda məlumat verməyib. Başqa dillərdə də informasiya yoxdur.
Buna qədər “Salyan Elektrik Qaynaq Avadanlıqları” ASC-nin səhmlərinin 30%-i pul hərraclarında təklif edilib. ƏMDK bütün səhmləri bir investora satmaq istəyir. Müəssisənin işçiləri 0,17% səhmə malikdir. 08D
-
- İqtisadiyyat
- 17 Noyabr 2014 14:50
-
- Siyasət
- 17 Noyabr 2014 15:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz