İtaliyalılar TAP layihəsi üzrə xidmətləri müzakirə edirlər
Azərbaycanın energetika naziri Natiq Əliyev İtaliyanın Tenaris Global Services şirkətinin icraçı direktoru Paolo Rocca ilə görüşündə şirkətin yerli layihələrdə iştirak perspektvlərini müzakirə edib.
Nazirliyin məlumatında deyilir ki, Azərbaycanla İtaliya arasında tarixən sıx əlaqələrin mövcud olduğunu xatırladan nazir enerji sahəsində əməkdaşlığın gələcək inkişafı üçün müsbət perspektivlərin müəyyənləşdirildiyini deyib.
Danışıqlardan belə məlum olur ki, söhbət “Cənub” qaz dəhlizi və onun tərkib hissəsi olan Transadriatik boru kəməri layihələrindən gedir.
Tenaris Global Services 1909-cu ildə təsis edilib. 50 ilə yaxındır ki, enerji layihələrinin gerçəkləşdirilməsi ilə bağlı xidmətlər üzrə ixtisaslaşır. 50 ölkədə nümayəndəlikləri fəaliyyət göstərir.-17D—
-
- Cəmiyyət
- 13 Oktyabr 2016 14:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz