"Itochu" SOCAR ilə NQNK layihəsində iştirak perspektivlərini müzakirə edib
Ötən həftə "Itochu" SOCAR ilə yeni Neft-qaz emalı və Neft-kimya Kompleksi (NQNK) layihəsində "Itochu" korporasiyasının iştirak perspektivlərini müzakirə edib. Bu barədə SOCAR məlumat yayıb.
Məlumata əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə "Itochu"nun baş vitse-prezidenti, Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Yoiçi Kobayaşi və korporasiyanın icraçı direktoru, enerji bölməsinin baş əməliyyat direktoru Takaşi Yasuda ilə görüşündə müzakirə bu məsələ müzakirə olunub.
R.Abdullayev Yaponiya baş nazirinin xüsusi məsələlər üzrə müşaviri İsao İlicima ilə də görüş keçirib. İlicima Yaponiya şirkətlərinin Azərbaycanda reallaşdırılan neft-qaz, enerji layihələrinə cəlb olunmasından məmnunluğunu bildirib.
NQNK layihəsinin birinci mərhələsi $7 mlrd (kredit faizləri də nəzərə alınanda $8,45 mlrd) qiymətləndirilir. –12D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz