İyunda Azərbaycan Rusiyadan dünya bazarlarına neft tədarük etməyib
Dövlət Neft Şirkəti iyunda Rusiya vasitəsilə dünya bazarlarına neft tədarük etməyib. Bu barədə SOCAR məlumat yayıb.
2015-ci ilin I yarısında Azərbaycan Novorossiysk limanından 678,046 min ton neft ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 33,4% çoxdur.
SOCAR-da Turan-a deyiblər ki, bu, statistic artımdır. Reallıqda ilin əvvəlindən Rusiya istiqamətində ixrac artımı olmayıb. Məsələ burasındadır ki, ötən ilin sonunda neft ixracının bir partiyası 2015-ci ilin yanvarına sənədləşdirilib.
SOCAR-ın məlumatına görə, iyunda Brent neftinin barreli dünya bazarında $61,69, Urals – $62,51, BTC FOB Ceyhan – $62,73 olub.
2014-cü ildə Novorossiysk limanından 932,155 min ton SOCAR nefti yüklənib. Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir. —12В—
-
- Bazarların icmalı
- 7 İyul 2015 12:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz