«Kapital Bank» ASC hər səhmə 4 manat 13 qəpik ayırıb
“Kapital Bank” ASC-nin səhmdarların mayın 18-də keçirilən ümumi yığıncağında 61 924 min manat məbləğində xalis mənfəətin səhmdarlara dividend ödənişi üçün ayrılması qərara alınıb, - deyə bankın İdarə Heyətindən Turan-a bildiriblər.
Hər səhmə 4 manat 13 qəpik (dividebd vergisi çıxılmadan) dividebd ayrılıb. Bu, 2014-cü ildə ayrılandan 26 qəpik azdır.
Ümumi yığıncaqda bankın 2015-ci il üçün illik hesabatını da təsdiq edib. Bankın gəlirləri 280,9 mln, xərcləri 219 mln manat olub.
“Kapital Bank” ASC-nin nizamnamə kapitalı 185 mln 850 min manatdır. Dövriyyədə hərəsinin nominalı 12,39 manat olan 15 mln səhm var.
Son 5 ildə bankın kənar auditoru olan “Ernst & Young” şirkəti bu il müsbət audit rəyi verir.
Banka “Pasha Holding” şirkətlər qrupuna daxildir (səhmlərin 99,87%-i). Ümumi yığıncaqda holdinqi bankın İH sədri Yaşar Məmmədov təmsil edib.
“Kapital Bank”ın səhmlərinin 0,13%-i (170 fiziki şəxs) monoritar səhmdarlara məxsusdur. 08D
-
- Cəmiyyət
- 18 May 2016 16:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz