Kapital qoyuluşları azalıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabrın 1-i üçün Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 11 mlrd. 889,2 mln. manat təşkil edib.
İstiqamətlər üzrə bu, belə görünür: istehsalat obyektlərinə 9 mlrd. 593,3 mln. manat və ya ümumi xərclərin 80,7%-i qoyulub. Bundan əlavə, xidmət sahəsi obyektlərinə 1 mlrd. 807,8 mln. (15,2%) qoyulub. Mənzil fondunun inkişafına 488,1 mln. manat (4,1%) ayrılıb.
Son beş ildən fərqli olaraq böyük hissəni xarici kapital təşkil edib – 59,1% və ya 7 mlrd. 22,9 mln. manat, yerli maliyyə inyeksiyaları 4 mlrd. 866,3 mln. manat təşkil edib.
Üçdə iki hissədən çox (67,3%) özəl kapitalın payına düşüb. Neft sektounda
Bütün kapital xərclərin - 7 mlrd. 191,9 mln. manatın 60,5%-i neft sektoruna ayrılıb.--17D—
-
- İqtisadiyyat
- 16 Noyabr 2016 13:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz