Karqo daşıyıcılar daha böyük məsafə qət etməlidir
Bu ilin iki ayında Azərbaycanın karqo daşıyıcıları sifarişçilərə 16 min ton yük çatdırıb. Bu, ötən ilin eyni dövründəkindən 28% çoxdur. Aviaşirkətlərin yük dövriyyəsi 2 dəfədən çox artıb və 70,6 mln km olub, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Ötən il Azərbaycan şirkətlərinin yük daşımaları bir qədər azalıb (-1,6%) və 123,8 min ton olub.
Dövlətstatkom daşımaların rentabelliliyi barədə informasiya verə bilmir, çünki “Azerbaijan Airlines” QSC «struktur islahatları» adı ilə maliyyə hesabatını gizləyir.
Əsas milli yük daşıyıcıları “Silk Way Group”un iki şirkətidir (“Silk Way West” və “Silk Way Airlines”). Onlar Azərbaycandan kənarda yük daşıyır. Bu holdinq özünü Britaniya biznesi kimi qələmə verir. Amma KİV qeyd edir ki, şirkətlər qrupu Azərbaycan prezidentinin ailəsinə məxsusdur.
Bu il “Silk Way West” MMC “Boeing” şirkəti ilə ümumi qiyməti $1,1 mlrd olan 3 ədəd 747-8 Freighter təyyarəsi almaq barədə saziş imzalayıb. 08B
-
- İqtisadiyyat
- 10 Aprel 2015 15:50
-
- Cəmiyyət
- 10 Aprel 2015 16:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz