Kassa dövriyyəsi kəsiri yanvar-mayda 344 mln manat olub
2012-ci ilin yanvar-mayında bankların kassalarına ümumi mədaxil 12,1 mlrd manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,4% çoxdur.
Daha çox payı xarici valyuta satışı təmin edib – 33,1%. Mal satışı 16,5%, kreditlər üzrə mədaxil 8,1%, bankomatlar vasitəsilə mədaxil 5,3%, xidmət və işə görə mədaxil 4,1%, əmlak alınan zaman notarial hesablara mədaxil 3,9%, depozit hesablarına mədaxil 3,5% və s. paya malik olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, kassa dövriyyəsinin kəsiri 344 mln manat (mayda +215 mln manat) təşkil edib. Nağd pul xərcləri hesabat dövründə 12,444 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 38,3% çoxdur. Ümumi xərclərdən 28,1% bankomatların pulla təchizatı ilə bağlı xərclər, 27,1% mal və xidmət xərcləri, 11,1% xarici valyuta alışı xərcləri, 6,5% kreditlər üzrə ödəniş, 5,3% əmlak əqdləri üzrə notarial hesablardan xərclər, 3% depozit hesabından ödənişlər və s. olub.
5 ayda kassa qalığı 320 mln manat olub. Bu, həmin dövrdəki nağd mədaxilinin 2,6%-dir.
Mayda günlük nağd pul mədaxilinin orta həcmi 79,607 mln manat, xərclər 81,866 mln manat olub. --15B--
-
- Analitika
- 21 İyul 2012 13:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz