Nazim Məmmədov
Kəmaləddin Heydərovun (ştatdankənar) yeddinci müavini
Bakı/09.07.18/Turan: Prezident İlham Əliyev Nazim Xeyrulla oğlu Məmmədovu fövqəladə hallar nazirinin müavini təyin edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verir: "https://goo.gl/hJKXAM".
Beləliklə, indi nazir Kəmaləddin Heydərovun bir birinci müavini və yeddi müavini var. Halbuki FHN haqqında Əsasnaməyə görə, https://goo.gl/5yhMz9 nazirin altıyadək müavini ola bilər https://goo.gl/5yhMz9,
Bu təyinatdan öncə yeni nazir müavini Dövlət Gömrük Komitəsinin sədr müavini idi (dekabr 2007 - iyul 2018). Mətbuat yazır ki, Nazim Məmmədov Dövlət Gömrük Komitəsində Kəmaləddin Heydərovun şəxsi sürücüsü olub. 67 yaşlı N.Məmmədov 48 yaşında Bakıda indi ləğv edilmiş "Təfəkkür" Universitetində hüquqi təhsil alıb. 08D--
-
- İqtisadiyyat
- 9 İyul 2018 14:01
-
- Maliyyə
- 9 İyul 2018 14:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz