Kommersiya banklarının valyuta məzənnəsini müəyyən etməsi üçün 4%-lik marja ləğv olunub
Yanvarın 12-dən kommersiya banklarının valyuta məzənnəsinin müəyyən etməsi üçün 4%-lik marja ləğv olunub.
Bank mənbələrindən Turan-a verilən məlumata görə, Mərkəzi Bank sədrinin kommersiya banklarının rəhbərləri ilə yanvarın 11-də keçirdiyi müşavirədə manatın tamamilə üzən məzənnəyə keçidi elan olunub. Bu isə milli valyutanın Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi əsmi məzənnəsindən hesablanan 4%-lik marjadan imtina deməkdir.
Qeyd edək ki, yanvarın 12-də keçirilmiş valyuta hərracının yekunları elan edildikdən sonra bəzi banklar artıq 4%-lik həddi keçiblər.
Digər məlumata görə, bundan sonra valyuta hərracları həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri keçiriləcək.
Amma Mərkəzi Bank qeyri-şəffaf informasiya siyasətinə sadiq qalaraq, bu məlumatları heç cür şərh etmir.
Xatırladaq ki, yanvarın 12-də keçirilən hərracda dolların orta məzənnəsi 1,7867 manat təşkil edib. -71D-
-
- Cəmiyyət
- 12 Yanvar 2017 14:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz