Konstitusiya Məhkəməsi: Devalvasiyaya qədər xarici valyuta ilə götürülən kreditlər hazırkı məzənnə üzrə qaytarılmalıdır
Azərbaycan Konstitusiya Məhkəməsi (KM) qərara alıb ki, 2015-ci il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı an üçün mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da KM kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib.
Borclular üçün yeganə təsəlliverici məqam odur ki, KM banklara tövsiyə edib ki, mümkün olduğu halda kreditlərin qaytarılması müddətini uzatsın. KM-in xarici valyuta ilə kreditlər üzrə qərarı mayın 14-də açıqlanıb. Lakin məhkəmənin saytında bu qərar dərc edilməyib.
Məlum olduğu ki, Azərbaycan Mərkəzi Bankı manatın dollara nisbətdə məzənnəsini 1,05 manat səviyyəsində müəyyən edib və bu qərarla da bir sutka ərzində manat dollara nisbətən 33,5% ucuzlaşıb.
Həmin ərəfədə isə ölkə prezidenti, AMB-nin sədri və digər rəsmi şəxslər vətəndaşları və xarici investorları manatın sabit olacağına inandırırdılar.
Reallıqda dollarla kredit götürənlər dövlətin günahı üzündən ciddi zərərlə üzləşiblər. Çünki onlar əldə olunan məbləğdən 33,5%-ni əlavə olaraq banka ödəməlidirlər. Manatın devalvasiyasına qədər məzənnə 0,7862 manat/$1 olub. 2014-cü ildə Azərbaycanda xarici valyuta ilə 5,037 mlrd. manat həcmində kredit verilib.—0-
-
- Cəmiyyət
- 16 May 2015 13:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz