Korporativ və icbari sığorta hansı şirkətləriə xeyir verir?
Yanvar-iyulda ölkənin sığorta şirkətləri 228,97 mln manat toplayıb. 2012-ci ilin I yarısında bu göstərici 201,51 mln manat idi. Artım korporativ və icbari sığortanın hesabınadır.
Lider “Paşa Sığorta” 1 avqust üçün 30 mln 854,81 min manat toplayıb. Bu, ötən ilkindən 2,7 mln çoxdur və 28 şirkətin topladığı mükafatın 13,5%-i qədərdir. Şirkətin xüsusi çəkisi ay ərzində 1% azalıb. Onun törəməsi “Paşa həyat Sığorta” 17,99 mln manatla beşincidir.
FHN və Sərhəd Xidməti əməkdaşlarının sığortalanması haqqında dövlət başçısının fərmanı sayəsində “AzərSığorta” 23,79 mln manatla (ay ərzində 5 mln artım) üçüncüdür.
FHN rəhbərinin “AzSığorta” şirkəti nəhayət, ikinci yerə qalxıb. O, 25,63 mln manat mükafat yığıb.
Məmur rəqiblərin bu tempi və ötən illə müqayisədə geriləmə nəticəsində (20,48 əvəzinə 20,34 mln manat) daim bürünc “Atəşgah” 4-cü yerə düşüb. Həyat sığortasının əski lideri “Atəşgah Həyat Sığorta” 16,26 mln-la tərəfdaşından geri qalır.
Siyahının aşağısında bir qədər rotasiya var. AXA MBASK bir neçə pillə qalxıb.
Ödənişlər üzrə “Paşa Sığorta” liderdir. O, yarım ildə 15,52 mln manat ödəniş edib. Ödənişlərin 22,5%-i onun payına düşür. Mükafatlar kimi onun xərclərinin çoxu da könüllü tibbi sığorta (əsasən, ARDNŞ hesabına) üzrədir.
Ümumilikdə şirkətlər 68,88 mln manat ödəniş edib. Bu, ötən ilin eyni dövründəkindən (49,47 mln) 19,4 mln manat çoxdur. --17D—
-
- İqtisadiyyat
- 15 Avqust 2013 12:14
-
- Cəmiyyət
- 15 Avqust 2013 12:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz