KredoBank kapitallaşması 67,3% artıb
Bu ilin yanvar-iyununda "Kredo Bank"ın aktivləri 19,9% artaraq 119,69 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 28,1% artaraq 92,08 mln manat olub.
Bankın ümumi öhdəlikləri 63,73 mln-dan 64,85 mln manata artıb. Depozit portfeli 2,5% azalaraq 15,77 mln manat, müddətli müştəri əmanətləri 5,5% artaraq 13,45 mln manat olub.
Balans kapitalı 50,93 mln manata çatıb. Məcmu kapital 64,8% artaraq 49,06 mln manat, ödənilmiş nizamnamə fondu 67,3% artaraq 46,04 mln manat olub.
Bankın gəlirləri 5,1 mln manat, xərcləri 4,64 mln manat olub. Onlar ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% və 6,9% artıb. Vergi ödəniləndən sonra xalis mənfəət 28,1% artaraq 451 min manata çatıb. --15B--
-
- İqtisadiyyat
- 19 Avqust 2013 15:28
-
- İqtisadiyyat
- 19 Avqust 2013 15:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz