Açiq mənbələrdən foto.
Layihə yoxdur, amma Əbu Bəkr məscidində bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
Bakı/05.11.21/Turan: Əbu Bəkr məscidinin bərpası və möhkəmləndirilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə tenderdə “Opus” şirkəti qalib gəlib. Lakin baxmayaraq ki, rəsmi sənədlər yoxdur, inşaatçılar işə başlayıblar.
Dövlət satınalmalarının vahid elektron portalına əsasən, Bakıda 1997-ci ildə tikilmiş “Əbu Bəkr” məscidinin bərpası və möhkəmləndirilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə açıq tender noyabrın 4-də başa çatıb.
“Opus” şirkəti bu xidmətlərə görə 115 min manat (67,5 min dollar) alacaq. Layihə-smeta sənədləri 2 ay ərzində hazırlanmalıdır.
Layihə-smeta sənədlərinin sifarişçisi Bakı şəhər İcra Hakimiyyətinin struktur bölməsidir. Turan İnformasiya Agentliyi Bakı şəhər İcra Hakimiyyəti yanında “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Tender komissiyasından müvafiq layihənin olmadığı şəraitdə bərpa və möhkəmləndirmə işlərinin aparılması faktı ilə bağlı şərh ala bilməyib.
“Opus” MMC 2010-cu ildə memar Ədalət Məmmədov tərəfindən təsis edilib. 08B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz