Report
Malena Mard Azərbaycanın Aİ ölkələrinə kənd təsərrüfatı məhsulları tədarükünü dəstəkləyir
Bu gün Bakıda Bakıda keçirilən “Azərbaycanda infrastruktur, elektrik enerjisi və bərpa olunan enerji mənbələrinə investisiyalar” konfransı keçirilib.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, Azərbaycanın idxal etdiyi məhsulların yarıdan çoxu Avropa ölkələrinin payına düşür.
Onun sözlərinə görə, bu yaxınlarda Yevlaxda olub və kənd təsərrüfatının inkişafına necə diqqət verildiyini görüb. “Biz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropaya tədarükü məsələsini inkişaf etdirəcəyik. Bundan başqa, Aİ ASAN xidmətin iş təcrübəsini öyrənmək və iqtisadi sahələrin inkişafında Azərbaycanla təcrübə mübadiləsi aparmaq niyyətindədir”, - deyə o bildirib.
«Azərbaycan "Cənub qaz dəhlizi" layihəsinin realizəsi yolu ilə bizə enerji təhlükəsizliyini təmin etməyə imkan verir. Bu, bizim üçün çox vacib layihədir. “Şərq-Qərb” nəqıiyyat layihələri də bizə maraqlıdır", - deyə M.Mard əlavə edib.--17D—
-
- İqtisadiyyat
- 16 Noyabr 2016 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz