Maliyyə Nazirliyi gələn il ipoteka kreditləşməsini dörddə bir artıracaq
Hökumət sosial ipoteka həcmini artırır. Maliyyə Nazirliyi gələn il bu məqsədlə 50 mln manat (iki il dalbadal 40 mln olub) ayırmağı nəzərdə tutub.
Nazirlik qeyd edir ki, 2016-cı il üçün bu xətlə ayrılan ümumi vəsait 266 mln manat olacaq.
AİF mərkəzləşdirilmiş ipoteka kreditləşməsinə 2006-cı ilin martında başlayıb. Təkrar maliyyələşmə üçün vəsait olmadığına görə 2007-ci ildə o dondurulub. İki il sonra kreditləşmə bərpa edilib.
Kommersiya ipotekası AİF istiqrazlarının buraxılışı hesabına maliyyələşir.
Bu məqsədlə 2009-2013-cü illərdə Fond 55 mln manat, 75 mln manat, 60 mln manat, 20 mln manat, 30 mln manat, 40 mln manat və 20 mln manatlıq 7 emissiya yerləşdirib.
AİF-in agentləri 28 bankdır. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.
2013-cü ildə AİF-in vəsaitləri ilə ipoteka kreditləşməsi həcmi 112,9 mln manat olub. --17D—
-
- İqtisadiyyat
- 15 Oktyabr 2014 16:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz