Maliyyə Nazirliyi infrastruktur layihələr barədə
Maliyyə Nazirliyi sosial infrastrukturların və bəzi layihələrin reallaşdırılması ilə bağlı büdcə xərclərinə dair hesabat verib.
Belə ki, parlamentin iqtisadi siyasət komitəsinin “2014-cü ilin dövlət büdcəsinin yerinə yetirilməsinə dair” qanun layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, sosial təyinatlı infrastrukturun tikintisinə və yenidən qurulmasına 2 mlrd 783 mln manat ayrılıb.
“Elektrik, qaz, su təminatı, nəqliyyat və kommunal xidmət sahəsində infrastrukturun tikintisi və yenidən qurulmasına 2 mlrd 495 mln manat ayrılıb”, - deyə o bildirib.
Bundan əlavə, ötən il Naxçıvan Muxtar Respublikasında investisiya layihələrinə dövlət büdcəsindən 52 mln manat ayrılıb. 2014-cü ildə su təminatı, yol, meliorasiya, sosial sahədə infrastrukturun yaxşılaşdırılmasına xaricdən alınan 702 mln manat kredit yönəldilib. --17D—
-
- İqtisadiyyat
- 20 May 2015 16:30
-
- Cəmiyyət
- 20 May 2015 17:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz