Maliyyə Nazirliyi investorlara 10 mln manat təklif edir
Sabah Bakı Fond Birjasında tədavül müddəti 91 gün olan Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Maliyyə Nazirliyi investorlara 10 mln manat təklif edir.
Ötən hərracda Maliyyə Nazirliyi eyni müddətli 20 mln manat istiqrazlar yerləşdirməyi planlaşdırmışdı. Amma investorlar 15,1 mln manat məbləğində istiqraz almışdı. Maliyyə Nazirliyi investorların sifarişini illik 8,45%-11,01% dərəcə ilə təmin etmişdi.
Bir qayda olaraq, investor qismində kommersiya bankları çıxış edir. Onlar kreditləşmə üzrə çətinlik çəkdikləri üçün manat kütləsi üzrə cari likvidlikdən qurtulmaq istəyirlər. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz