Maliyyə Nazirliyi yenidən investorlar üçün yüksək gəlirli istiqrazlar yerləşdirib
19 aprel 2016-cı il tarixində dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərracda Maliyyə Nazirliyi yenidən investorlar üçün yüksək gəlirlilik təmin edib.
Bakı Fond Birjasının məlumatına görə, 6 investora 20 mln manat məbləğində istiqraz təklif edilib. İnvestorlar 21 sifariş üzrə 38,5 mln manat məbləğində istiqraz alışı üzrə təkliflər yerləşdiriblər.
1 ilədək tədavül müddəti olan istiqrazlar üzrə maksimum gəlirlilik 15%, orta gəlirlilik 11,34%, yarımillik istiqrazlar üzrə maksimum gəlirlilik 13,14%, orta gəlirlilik 12,17% təşkil edib.
Dövlət istiqrazlarının yerləşdirilməsinə bu ilin yanvarından başlanılıb. Maliyyə Nazirliyi ölkə daxilində yerləşdirmək üçün 400 mln manat və $500 mln məbləğində istiqrazlar emissiya edib. 08D
-
- Sual-cavab
- 20 Aprel 2016 13:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz