Maliyyyə Nazirliyi növbəti dövlət istiqrazları zərfi yerləşdirir
Bu gün Maliyyyə Nazirliyi dövlət qısamüddətli və dövlət ortamüddətli istiqrazlarının növbəti yerləşdirilməsini həyata keçirəcək.
İnvestorlara təklif ediləcək 182, 364 və 728 gün dövriyyədə olacaq istiqrazların həcmi 25 mln manatdır. İnvestorlara həmçinin hərəsi $10 mln olan DQİ (364 gün) və DOİ (728 gün) təklif edilir.
Birinci, bundan öncəki hərracda dövriyyə müddətindən asılı olaraq manat istiqrazları üzrə gəlirlilik 7,79% və 8,79%, dollar istiqrazları üzrə 2,77% və 3,5% olub. İnvestorlara cəmi 20 mln manat və $12 mln istiqraz satılıb.
Maliyyyə Nazirliliyi 400 mln manat və $500 mln məbləğində istiqrazlar da buraxıb və onları bu il yerləşdirmək istəyir. Yerləşdirmə mərhələlərlə, kiçik lotlarla, həftədə bir dəfə həyata keçirilir. İstiqrazlar dövlət büdcəsinin gözlənilən kəsirini ödəmək üçün buraxılıb. 08B
-
- Cəmiyyət
- 12 Fevral 2016 12:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz