Malların ixracında özəl sektorun payı 0,4 faiz artıb

Bakı/22.09.17/Turan: Bu ilin 8 ayı ərzində Azərbaycan özəl sektoru xaricə ümumi məbləği 1 mlrd. 532 mln. ABŞ dolları olan mal ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur, xəbəri Dövlət Gömrük Komitəsi yayıb.

Komitənin məlumatına görə, sözügedən dövr ərzində malların ixrac strukturunda özəl şirkətlərin və fiziki şəxslərin xüsusi çəkisi 21,2%-ə çatıb. Bu, 2016-cı ilin yanvar-avqust ayları üzrə göstəricidən 0,4% çoxdur.

Bu il Azərbaycan istehsalçıları ixrac olunan malların çeşidlərini 16,6% artırıblar. Ötən ilin 8 ayı ərzində 2380 adda mal ixrac olunmuşdu, bu il isə bu göstərici 2775 ədəd təşkil edir. 08D

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti