Manat tarixi antirekorda yaxınlaşıb (YENİLƏNİB)
Azərbaycan Mərkəzi Bankı sentyabrın 7-nə manatın məzənnəsini elan edib. Dollara nisbətdə manat yenidən ucuzlaşıb.
Sentyabrın 7-nə məzənnə 1USD/1,6405AZN təşkil edib (sentyabrın 6-da 1,6362AZN olub).
Qeyd edək ki, manat 2016-cı il martın 11-də qeydə alınmış 1USD/1,6456 AZN tarixi antirekorduna yaxınlaşıb. -79D-
2016 Sentyabr 06 (Çərşənbə axşamı) 15:58:26
Mərkəzi Bank sentyabrın 6-da keçirilən növbəti valyuta hərracı zamanı kommersiya banklarının valyutaya tələbini açıqlayıb.
Turan-ın məlumatına görə, tələb $588 mln olub.
Qeyd edək ki, Neft Fondu sentyabrın 6-da 30 banka $50 mln satıb. 78D
* * *
2016 Sentyabr 06 (Çərşənbə axşamı) 12:46:21
Dövlət Neft Fondu valyuta hərracında $50 mln satıb.
Turan-ın məlumatına görə, 30 banka dollar satılıb.
Məlumatda valyutaya real tələbat açıqlanmır. Bank dairələrində isə bildirirlər ki, hər dəfə tələb təklifdən 10-12 dəfə çox olur.
Qeyd edək ki, avqustun ortalarından Azərbaycanda kəskin dollar qıtlığı müşahidə edilir. 74D
-
- Sual-cavab
- 6 Sentyabr 2016 16:44
-
- Cəmiyyət
- 6 Sentyabr 2016 18:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz