Manatın devalvasiyası labüddür, - ekspert
Fevralın 17-də manatın rəsmi məzənnəsi 0,7853 manat/$1 olub. Bu, AMB-nin ötən ilin yanvarından davam edən “möhkəm məzənnəsindən” 0,0009 manat azdır.
İqtisadçı ekspert Samir Əliyev Turan-a bildirib ki, manatın ucuzlaşması uzunmüddətli prosesdir. «Hər il AMB manatın məzənnəsini qorumaq üçün $ 2,3 mlrd və ya 1,5 mlrd manat xərcləyir. Bu isə valyuta ehtiyatlarının 15%-dir. Bu amil olmasaydı, risklərə davamlılıq 6 ildə iki dəfə artardı. Bundan başqa, əgər hökumət qeyri-neft sektorunun imkanlarını artırmaq istəyirsə, devalvasiya labüddür», - deyə o bildirib.
Əvvəllər AMB rəhbəri Elman Rüstəmov The Financial Times-a müsahibəsində demişdi ki, AMB manatın dollara bağlanmaından vaz keçib daha çevik siyasətə keçmək istəyir. Onun sözlərinə görə, bu, tədrici olacaq və «əhalinin maraqları nəzərə alınacaq».
O həmçinin deyib ki, 16 fevralda AMB bivalyuta səbətinə keçib, burda avro 20-30% təşkil edəcək. --17D—
-
- İqtisadiyyat
- 17 Fevral 2015 19:20
-
- Cəmiyyət
- 18 Fevral 2015 11:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz