Manatın devalvasiyası ticarət şəbəkəsində rentabelliliyə zərbə vurub
Ölkənin iri supermarketləri iki dəfə devalvasiyadan sonra əməkdaşların əvvəlki ştatını saxlaya bilmir. Onların rəhbərləri İqtisadiyyatına müraciət edərək sosial məhsul çeşidinin qiymətini saxlamaq şərtilə vergi güzəşti istəyib.
Nazirliyin ictimai əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Turan-a bildirib ki, bu günlərdə ARAZ, Neptun, Bolmart Bizim Market, FRESCO, SEBET, Makromart mağazalarının sahibləri iqtisadiyyat naziri Şahin Mustafayevə yazılı müraciət edərək ilkin tələbat malları, o cümlədən yumurta, un məmulatı, süd, düyü, ət, balıq, yağ, meyvə-tərəvəz, uşaq yeməyinə sıfır ƏDV tətbiqi xahiş edib.
19 apreldə nazir onları qəbul edib və məsələni müsbət həll etməyə söz verib. Vergi tətili məsələsinə baxılmayıb. --17D—
-
- İqtisadiyyat
- 20 Aprel 2016 12:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz