Manatla depozitlər əhaliyə sərf eləmir
Hətta üç dəfə azaldılan illik rəsmi inflyasiya (10,5%) Azərbaycan əhalisi üçün manatla depozitləri sərfəli etmir.
Mərkəzi Bankın yanvar-aprel üzrə hesabatında deyilir ki, mayın 1-i üçün bankların orta depozit dərəcəsi 7,77% (1 yanvarda 8,08%) olub. Yəni Dövlətstatkomun rəqəmlərindən çıxış etsək, real depozit dərəcəsi mənfi 2,73%-dir.
Mayın 1-i üçün bankların xarici valyuta ilə orta depozit dərəcəsi 7,08% olub. Yəni bu hesablar ötən ilin 21 fevral devalvasiyasına qədər açılıbsa, onlar iki dəfə, 21 dekabra kimi açılıbsa, yarım dəfə qazancdadır.
Hüquqi şəxslərə gəlincə, onların manatla depozitləri üzrə orta dərəcə 1 may üçün 5,55% (1 yanvarda 5,82%), xarici valyuta ilə 3,42% (4,81%) olub. --17D—
-
- Cəmiyyət
- 13 İyun 2016 13:22
-
- İqtisadiyyat
- 13 İyun 2016 14:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz