
May ayinda ilkin mənzil bazarinda qiymətlər 0,5% arib
May ayında İlkin Mənzil Bazarında (İMB) qiymətlər orta hesabla 0,5% artıb. Mütəxəssislərin hesablamalarına görə hal-hazırda İMB-da orta qiymət indeksi 1 kv.metr üçün 865 manat civarında qərarlaşıb. Qeyd etmək lazımdır ki, Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,9%, ötən ilə nisbətdə isə 5,4% artımla yadda qalıb. 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə isə qiymət azalması 27,6% təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1194 manat olub. Mart ayında qiymətlərlə yanaşı, aktivlik əmsalında və bağlanan əqdlərin dinamikasında da yüksələn tendensiya müşahidə edilmişdir. Ay ərzində ən cəlb edici rayonlar Yasamal, Xətai və Nəsimi rayonları оlmuşdur. Tikinti şirkətlərin sayı ötən aya nisbətdə 135-dən 134 -ə düşüb. Araşdırmalar zamanı məlum olub ki, alıcı aktivliyinin əsas hissəsi bağlanmış müqavilələr üzrə əsasən 3 otaqlı mənzillərdə qeydə alınıb. Beləliklə, yanvar ayında satılan yeni mənzillərin təxminən 40,2%-i 3 otaqlıların, 30,2%-i 2 otaqlıların, yerdə qalan 29,6 %-i isə digər 1, 4 və 5 otaqlıların payına düşüb.
Ekspertlər son günlərdə İlkin Mənzil Bazarında (İMB) qiymətlərin bahalaşmasını əsasən mövsümü amillərlə yanaşı, ipoteka kreditləşməsinin bu seqmentə təsiri, tikinti şirkətlərinin kredit portfelinin həcmini artırmaları, paytaxtın bəzi ərazilərində gedən tikinti-quruculuq işləri ilə əlaqədar nəğd vəsaitlər əldə edən əhalinin alıcılıq qabiliyyətinin artmasının da təsir göstərdiyini vurğulayıırlar. Yaxın günlərdə İMB-da sabitliyin davam edəcəyi, qiymətlərdə isə ciddi dəyişikliyin müşahidə edilməyəcəyi proqnozlaşdırılır.
-
- Analitika
- 8 İyun 2013 16:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz