Mayda 685 işçi ilə əmək müqaviləsi bağlanılıb
Dövlət Əmək Müfəttişliyi Xidməti 2014-cü ilin mayında qeyri-leqal əmək fəaliyyətinə cəlb olunmuş 685 nəfər işçi ilə əmək müqaviləsi bağlanmasını təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, bu, ötən ilin mayı ilə müqayisədə 34,5% çoxdur. Əmək Müfəttişliyinin müdaxiləsi ilə 61 kollektiv müqavilə bağlanılıb.
Mayda işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 47 208 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsi təmin olunub. Bu, ötən ilin may ayı ilə müqayisədə 2 dəfədən də çoxdur. Həmin məbləğin 43 044 manatı əmək haqlarından, 3 789 manatı zərərə görə ödənclərdən, 375 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz