- İqtisadiyyat
- 8 İyul 2015, 14:29
- 181
Mayda bank aktivləri 171,2 mln manat artıb
2015-ci il iyunun 1-i üçün Azərbaycanda bankların ümumi aktivləri 29 mlrd 67,2 mln manat təşkil edir. Azərbaycan Mərkəzi Bankının (AMB) saytında verilən məlumata görə, 2015-ci ilin yanvar-may aylarında Azərbaycanda banklar aktivlərini 15,4% artırıblar (ilin əvvəlində 25 mlrd 182,5 ln manat). Mayda bank aktivləri 0,6% azalıb (171,2 mln manat).
AMB-nin məlumatına görə, 1 iyun üçün bankların kredit qoyuluşları 19 mlrd 877,6 mln. manat (yanvar-may ayları ərzində artım 10,3%) təşkil edir. Cari ilin may ayında bankların kredit qoyuluşları 0,6% azalıb.
İyunun əvvəli üçün Azərbaycanda bankların məcmu kapitalı 4 mlrd 521,2 mln manat (+5,9%) olub. --17D—
-
- Söz istəyirəm
- 8 İyul 2015 13:51
-
- İqtisadiyyat
- 8 İyul 2015 15:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz