Mayın 20-nə manatın rəsmi məzənnəsi 1,5 manatdan aşağı müəyyən olunub (YENİLƏNİB)
AMB mayın 20-nə manatın rəsmi məzənnəsini 1 dollar - 1,4987 manat səviyyəsində müəyyən edib. Beləliklə, 2015-ci il dekabrın 21-də ikinci devalvasiyadan sonra dollar psixoloji 1,50 manat səviyyəsindən aşağı düşüb. –06D-
2016 May 19 (Cümə axşamı) 14:14:01
Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın təşkil etdiyi hərrac vasitəsilə $48,4 mln. satıb. ARDNF-in məıumatına görə, apreldən hərraca əvvəllər olduğu kimi $100 mln. yox, iki dəfə az məbləğ çıxarır.
Sonuncu hərracda Mərkəzi Bank da daxil olmaqla, 8 bank iştirak edib. Ümumilikdə, mayda ARDNF təxminən $282 mln. satıb.
Fond rəhbərliyinin məlumatına görə, xarici valyutanın satışı 2016-cı il ərzində davam etdiriləcək. Fond tərəfindən xarici valyutanın satışı bu il 7 mlrd. 615 mln. manat həcmində nəzərdə tutulan dövlət büdcəsinə transfertlər çərçivəsində həyata keçirilir. Yanvarın –i üçün ARDNF-in aktivləri $33,57 mlrd. (2015-ci ilin əvvəli üçün – 9,5%) təşkil edib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz