Mənfəət neftinin satışından dövlətin gəlirləri kəskin azalıb
2016-cı ilin yanvarında Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” (AÇG) mənfəət neftinin satışından $442 mln gəlir əldə edib.
2001-ci ildən 1 fevral 2016-cı ilə kimi AÇG blokundan mənfəət neftinin satışından ARDNF-yə $117,5 mlrd vəsait daxil olub.
Əvvəllər məlumat verildiyi kimi, 2015-ci ildə AÇG blokundan mənfəət neftinin satışından ARDNF-nin gəlirləri $6,9 mlrd, bundan bir il əvvəl 15,2 mlrd olub.
Qeyd edək ki, dövlətin AÇG blokundan mənfəət neftinin satışından gəlirləri hər il azalır. Yanvarda o, minimuma düşüb. Çünki BTC FOB Ceyhan neftinin orta ixrac qiyməti $32,33 təşkil edib. Ötən il dövlət hər ay AÇG çərçivəsində $550-600 mln əldə edib.–12D--
-
- İqtisadiyyat
- 6 Fevral 2016 11:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz