Mənzil ipotekasının «ölümü»
1 may 2016-cı il üçün Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 730 mln 702,42 min manat məbləğində 17 min 995 ipoteka krediti verilib. Bir ay əvvəl 730 mln 608,4 məbləğində 17 min 993 kredit verilib. Yəni apreldə 94,02 min manat məbləğində 2 kredit verilib.
Xatırladaq ki, martda cəmi 3 kredit verilib. Müqayisə üçün deyək ki, ötən ilin martında 15 mln 464,67 min manat məbləğində 359 kredit verilib. Bu isə AİF tərəfdaşı olan bankların maliyyə problemləri ilə bağlı durğunluqdan xəbər verir.
Ötən il ərzində 97 mln 273,98 min manat məbləğində 2 min 146, inişil 99 mln 927,74 min manat məbləğində 2 min 275 kredit verilib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Kommersiya şərtləri ilə ipoteka kreditləri 50 min manatadək illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Sosial ipotekanın maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Dövlət büdcəsindən maliyyələşdirilən sosial ipoteka mənimsənilməyib. Bu il dövlət başçısı əlavə 200 mln manat ipoteka krediti verilməsi haqqında sərəncam verib. Görünür, bu vəsaitlərə ehtiyac olmayacaq. --17D—
-
- Cəmiyyət
- 3 May 2016 11:45
-
- İqtisadiyyat
- 3 May 2016 12:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz