Mərkəzi Bank 50 mln manat cəlb etmək məqsədi ilə depozit hərracl keçirəcək
Azərbaycan Mərkəzi Bankı avqustun 22-də doqquzuncu depozit hərracı keçirəcək. Turan-ın məlumatına görə, Mərkəzi Bank 4,01%-9,49% dərəcəsi ilə 28 gün müddətinə 50 mln manat cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, avqustun 22-ə planlaşdırılan depozit hərracı bu ayda dördüncü olacaq.
Maraqlıdır ki, əvvəlki üç hərracda Mərkəzi Bank planlaşdırdığı məbləğdən az toplayıb.
Belə ki, avqustun 15-də Mərkəzi Bank planlaşdırdığı 50 mln əvəzinə 15 mln manat, avqustun 8-də 50 mln yerinə 40 mln manat, avqustun 1-də 50 mln əvəzinə 20 mln manat cəlb edib.
2016-cı ilin iyun ayından Mərkəzi Bank depozit hərraclarının keçirilməsinə başlayıb.
Beynəlxalq təcrübəyə əsasən, depozit hərraclarının əsas məqsədi pul kütləsinin sterilizasiyadır. Depozit hərracları zamanı Mərkəzi Bank yerləşdirmə üçün kommersiya banklarının depozitlərini qəbul edir. 73D
-
- İqtisadiyyat
- 20 Avqust 2016 10:05
-
- İqtisadiyyat
- 20 Avqust 2016 10:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz