![Mərkəzi Bank növbəti 50 mln manatı cəlb etmək istəyir](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Mərkəzi Bank növbəti 50 mln manatı cəlb etmək istəyir
Mərkəzi Bank dekabrın 12-də növbəti depozit hərracı keçirməyi planlaşdırır.
Turan-ın məlumatına görə, AMB 14 günlüyə 12,01%-14,99% faiz dərəcəsi ilə 50 mln manat cəlb etməyi planlaşdırır.
AMB 2016-cı ilin iyunundan depozit hərracları keçirməyə başlayıb.
Beynəlxalq təcrübədə depozit hərraclarında məqsəd pul kütləsinin sterilləşdirilməsidir. AMB depozit hərracları zamanı kommersiya banklarından depozit qəbul edir. 71D
-
- İqtisadiyyat
- 8 Dekabr 2016 11:34
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz