Mərkəzi Bank yenidən bank əmanətləri üzrə dividend vergisindən imtina etməyə hazırdır
Hökumət maliyyə böhranının nəticələrini yumşaltmaq üçün yenidən bank əmanətləri üzrə dividend vergisindən imtina etməyə hazırdır. Ötən il yanvarın 1-də vergi dərəcəsi 10% təsdiq edilmişdi.
Bunu AMB sədri Elman Rüstəmov bu gün parlament komitələrinin iclasında deyib. Onun sözlərinə görə, fevralın 1-dən 3 il müddətinə fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad ediləcək.
Rüstəmovun sözlərinə görə, 6,6 mln əmanətçinin 9,3 mlrd əmanəti var. Vergidən imtina edilsə, dövlət büdcəsi 93 mln manat itirəcək. Amma etiraz ovqatı azalacaq.
Onun sözlərinə görə, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir. --17D—
-
- İqtisadiyyat
- 19 Yanvar 2016 12:17
-
- Cəmiyyət
- 19 Yanvar 2016 13:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz