Mərkəzi Bankın İdarə Heyətinin 3 üzvünün səlahiyyətləri 5 il uzadılıb
Azərbaycan parlamenti Mərkəzi Bankın İdarə Heyətinin 3 üzvünün - Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayevin səlahiyyətlərini 5 il uzadıb.
Hazırda A.Quliyev AMB-nin İdarə Heyətinin sədri birinci müavini postunu tutur. O, 1996-cı il iyun ayından etibarən AMB-nin İdarə Heyətinin üzvüdür. V.Xubanov və A.Babayev AMB-nin İdarə Heyətinin sədr müavinidir.
Qeyd edək ki, Elman Rüstəmov 1995 AMB-nin İdarə Heyətinin sədridir. 71D
İqtisadiyyat
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq” sessiyasında iştirak edərək ölkənin qlobal enerji təhlükəsizliyindəki strateji rolunu və yaşıl enerji keçidi təşəbbüslərini vurğulayıb.
-
Gürcüstanın Batumi şəhərində Azərbaycan dövlət neft şirkəti SOCAR-ın təxminən 200 işçisi maaşlarının artırılması tələbi ilə yanvarın 21-də tətil keçiriblər. Yerli Batumelebi nəşrinin məlumatına görə, tətilə müxtəlif bölmələrdən texniklər və işçilər qoşulub. Onlar uzun illərdir ki, iş həcmlərinə uyğun olmayan minimal maaş aldıqlarını bildiriblər.
-
21 yanvar tarixində Davosda keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Carlsberg Group-un Müşahidə Şurasının sədri Henrik Poulsen və şirkətin baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Müzakirələr zamanı Carlsberg Group-un Azərbaycandakı fəaliyyətini genişləndirməsi və yerli istehsalın, həmçinin dayanıqlılığın inkişafına sadiqliyi vurğulanıb.
-
2024-cü ildə Azərbaycanın "Vahid Pəncərə" İxrac Dəstəyi Mərkəzi müəssisə və fiziki şəxslərdən 1,747 sorğu qəbul edərək 3,982 ixrac sertifikatının verilməsini təmin edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, bu səylər 288,2 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarını dəstəkləyib.
Rəy yaz